Dataset Viewer
Auto-converted to Parquet Duplicate
text
stringlengths
13
2.05k
label
stringclasses
10 values
Dünyanın ən zəngin adamı İlon Mask həyatda ən çox nədən qorxduğunu və ən böyük ümidini açıqlayıb. “Tesla” və “SpaceX”in rəhbəri “Insider”ə verdiyi geniş müsahibədə şəxsi həyatı ilə bağlı da açıqlamalar verib. “Doğum nisbətinin azalması bəşəriyyətin üzləşdiyi ekzistensial təhlükələrdən biridir. Bu, bəşər sivilizasiyasın...
Dünya
Avropa Məhkəməsinin dünənki qərarına görə, şirkətlər işçilərinə baş örtüyü, eləcə də başqa dini geyimləri qadağan edə bilərlər. Bu qərar dini liderlərin, həm də insan haqları təşkilatlarının etirazlarına səbəb olub. «Reuters» agentliyi qərarın Hollandiya və Fransada seçkilər dövrünə, həm də millətçilərin fəal olduğu se...
Dünya
Dünən Odessa hadisələrində ölənlərin cibindən Rusiya pasportları çıxıb. ANS PRESS-in məlumatına görə, Ukraynanın Odessa şəhərində dünən gecədən baş verən olaylarda ölən və yaralananların bir çoxunun cibindən Rusiyanın Krasnodar, Novosibirsk və Novorossiysk şəhərlərinin qeydiyyatı olan pasport və sənədlər aşkar edilib. ...
Dünya
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb. Lakin S.Cinpin Çin ordusunun kimlə müharibəyə hazırlaşmalı olduğunu dəqiq söyləməyib. “Biz mövcud vəziyyətə əsaslanmalı və irəliyə baxan bir perspektivə sahib olmalıyıq, ziddiyyətləri və real ehtiyacları ciddi şəkildə araşdırmalı və ...
Dünya
Ukrayna rəsmiləri Rusiya gələn konvoyun yoxlanışına başlayıb. Moskva deyir ki, konvoy Ukraynanın şərqində münaqişə zonasına humanitar yardım aparır. Rəsmi Kiyev narahatdır ki, Moskva konvoydan istifadə edərək gizli hərbi müdaxilə həyata keçirə və ya son günlər ağır itkilər verən Rusiya tərəfdarı separatçıları yenidən s...
Dünya
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 135 010 hərbçisini zərərsizləşdirib. Bildirilib ki, Ukr...
Dünya
Səudiyyə Ərəbistanı Rusiya Federasiyası rəsmilərinin iştirak edəcəyi OPEK iclasına qatılmaq istəmir. Axar.az xəbər verir ki, bu iddia ilə Voll Strit Jurnal-ı çıxış edib. Nəşrə məlumat verən etibarlı mənbə boykotun səbəbini izah etməyib: “Neftin qiymətinin düşdüyü bir vaxtda Səudiyyə Ərəbistanı öz qərarlarını özü verir ...
Dünya
BMT-nin Qeyri-Hökumət Təşkilatları Üzrə Komitəsi Gülən şəbəkəsinə aid olan dərnəyi, Jurnalistlər və Yazarlar Vəqfi və Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyası (TUSKON) haqda qərar qəbul edib. Avropa.info xəbər verir ki, komitə adıçəkilən qurumların BMT-dəki məsləhətçi statuslarının ləğv olunması ilə bağlı tö...
Dünya
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Virtualaz.org Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, söhbət zamanı Suriyadakı vəziyyəti müzakirə olunub. Məlumata görə, Putin Obamanı Rusiya aviasiya qrupunun xeyli hissəsinin Suriyadan çıxarılmasına dair qəbul olun...
Dünya
Kəşmir regionunda Hindistan-Pakistan təmas xəttində yenidən toqquşma baş verib. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistan polisi Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki əsgər və dinc sakinlərin öldüyünü açıqlayıb. Rəsmi İslamabad isə 6 mülki şəxsin həyatını itirdiyini bəyan e...
Dünya
"ABŞ prezidentliyinə namizəd Hillari Klinton ümummilli debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlar qəbul edib. Sonuncu debatdan əvvəl hər iki namizəd dopinq testdən keçməlidir". APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Respubl...
Dünya
İraq ordusunun birlikləri İŞİD-in nəzarətində olan Mosul şəhərinə giriblər.Ölkə.Az xəbər verir ki, iki həftə davam edən əməliyyatdan sonra nəhayat İraq ordusu İŞİD terror təşkilatının işğalı altında olan Mosul şəhərinə girib.Hazırda İraq ordusunun şəhərin Karama rayonunda olduğu və şəhərdə qanlı döyüşlərin getdiyi bild...
Dünya
ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı daha əvvəl rusiyalı həmkarı Vladimir Putinə göstəriləndən daha az hörmət görüb. Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Di Velt" (Die Welt) nəşrində dərc olunan məqalədə bildirilib. Məqalədə xatırladılıb ki, 2017-ci ildə ABŞ-ın ...
Dünya
Taylandda ilin əvvəlindən 25 min adam yoluxucu xəstəliyə yoluxub.Musavat.com xəbər verir ki, bu xəstəlyin ilkin əlamətləri yüksən tempraturlu qızdırma və şiddətli baş ağrılarıdır.Ölkənin mərkəzi xəstəxanasının verdiyi məlumata əsasən, bir həftə ərzində daha 2 min insan bu xəstəliyə yoluxub. İlin əvvəlindən bu xəstəlikd...
Dünya
İnsanların artıq öz yaddaşı yerinə google axtarış saytına müraciəti beyindəki xatırlama funksiyasını öldürür. “Reader’s Digest” jurnalının yazdığına görə, Kolumbiya Universiteti bununla bağlı araşdırma hazırlayıb. Məlum olub ki, insanlar öz yaddaşları və bilik potensialı əvəzinə internetə müraciət etməyə üstünlük verir...
Dünya
Braziliyada pandemiyanın ilk iki ili ərzində azı 40.380 uşaq və yeniyetmə COVID-19 nəticəsində analarını itirib. AZƏRTAC xəbər verir ki, biologiya elmləri üzrə federal tədqiqat müəssisəsi – Osvaldo Kruz Fondu tərəfindən dərc edilmiş araşdırmaya görə, doğuş zamanı fəsadlarla əlaqədar gənc qadınlar arasında ölüm halların...
Dünya
ABŞ Suriyada münaqişədən zərər çəkənlərə humanitar yardımın göstərilməsi üçün əlavə olaraq 340 mln. dollar vəsait ayırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib. “Suriyaya humanitar yardım üçün ayrılmış bir milya...
Dünya
2020-ci ildə ABŞ-ın büdcə kəsri 1 trilyon dolları keçəcək. Axar.az xəbər verir ki, bu məlumat ABŞ Konqresinin büdcə idarəsinin hesabatında yer alıb. Məlumata görə, defisit ABŞ-ın ümumdaxili məhsulunun 4,6%-ni təşkil edəcək. 2030-cu ildə bu göstəricinin 5,4%-ə qədər yüksələcəyi vurğulanıb.
Dünya
Kot-d’İvuar millisinin və İngiltərənin “Çelsi” futbol klubunun keçmiş hücumçusu Didye Droqba etiraf edib ki, məhz intim xarakterli videosu yayıldıqdan sonra həyat yoldaşından boşanmaq məcburiyyətində qalıb. “Şəxsi həyatımı müzakirə etmək kimi vərdişim yoxdur, ancaq mediadakı spekulyasiyaları nəzərə alaraq təsdiq edirəm...
Dünya
Belarus və Türkiyə münasibətlərin inkişafı sahəsində yeni mərhələyə qalxmaq imkanına sahibdirlər. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında demək olar ki, heç bir siyasi fikir ayrılığı yoxd...
Dünya
“Hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir". “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, dünyadakı münaqişələrin 60 faizi Türkiyənin olduğu regionda baş verir: “Türkiyə “taxıl böhranı” razılaşması ilə ərza...
Dünya
İran Prezidenti Həsən Ruhani İsveçin Baş naziri Stefan Leuvenlə telefon danışığı zamanı ABŞ-ın Yaxın Şərqdəki son hadisələrdə günahkar olduğunu bildirib. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ruhaninin rəsmi saytında yazılıb. “ABŞ bölgədəki son hadisələrə görə məsuliyyət daşıyır və biz hamım...
Dünya
Sevgilisi Mark Skvayrsın evlilik təklifindən sonra London sakini Kristin Smit komadan ayılıb. Musavat.com bu barədə CNN Türk-ə istinadən xəbər verir.. Xəbərə görə, 36 yaşlı britaniyalı qadın koronavirusa yoluxduqdan sonra reanimasiyaya düşüb, orada isə süni tənəffüs aparatına qoşulub. Skvayrsın sözlərinə görə, qızın və...
Dünya
Son günlərdə Avropanın böyük bir hissəsində təsirli olan fırtına nəticəsində həyatını itirənlərin sayı 16-ya çatıb. Alman mətbuatının “Zeynəb Fırtınası” adlandırdığı güclü qasırğa səbəbindən Aİ ölkələrinə milyonlarla avro dəyərində maddi ziyan dəyib. Rəsmi məlumatlara görə, ölüm halları Belçika, Hollandiya, Almaniya və...
Dünya
Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında mümkün görüş yaxın vaxtlarda baş tuta bilər. AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın bu barədə CNN Türk telekanalının efirində Ankara-Dəməşq münasibətlərinin normallaşdırılması planının hazırlanması məsələsi...
Dünya
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “Perseverance” roverinin Mars səthindən göndərdiyi səslərin audiosunu yayımlayıb. “Marsı gördükdən sonra, bir də onu dinləyin. Qulaqlıqlarınızı götürün və mikrofonlarımdan birinin yazdığı ilk səslərə qulaq asın”, - deyə “Perseverance” rover adına göndərilən mesajda deyi...
Dünya
Bu gün Türkiyəyə məxsus təyyarə Qəzza zolağına yardım məqsədilə Misirə yola düşür. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb. Dərman və tibbi ləvazimatlarla dolu təyyarə sabah səhər saatlarında Misirə yola düşəcək. Təyyarədə 20 mütəxəssisdən ibarət həkim heyəti də...
Dünya
Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı 439 nəfər artaraq yoluxanların ümumi sayı 61 min 748 nəfərə çatıb. AZƏRTAC Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son gündə 512, infeksiya başlanandan 52 min 855 pasiyent sağalaraq evə buraxılıb. Son 4 saatda virusdan 1 nəf...
Dünya
Meksikada yüngülmühərrikli "Cessna" təyyarəsi qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Milenio" qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, hadisə ölkənin şimalındakı Çiuaua ştatında qeydə alınıb. Qonşu Sinaloa ştatına uçan təyyarədə hadisə zamanı aralarında 1...
Dünya
İraqda son həftə ərzində etiraz aksiyalarında onlarla insan həlak olub. "Report" xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyası bildirib. Komissiyanın məlumatına görə, oktyabrın 25-dən 30-dək keçirilən etiraz aksiyaları nəticəsində onlarla insan həlak olub. Etirazlar zamanı həmçinin minlərlə ins...
Dünya
Almaniya Xristian Demokrat İttifaqı Partiyası (XDİP) keçmiş lideri olan kansler Angela Merkelin vaxtından əvvəl, yəni 2021-ci ilədək hökumət başçısı vəzifəsini partiyanın yeni sədri Anneqret Kramp-Karrenbauerə təhvil verə biləcəyi məsələsini araşdırır. “Report” “Bild”ə istinadən xəbər verir ki, partiya rəhbərliyindəki ...
Dünya
ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb. “Report” xəbər verir ki, bu barədə onun ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında bildirilir. "Bu həftə Çinə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun əhəmiyyətli işinə kö...
Dünya
Avstriya və Niderlandın XİN başçıları Aleksandr Şallenberq və Stef Blokun yaxın zamanlarda Tehrana səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib. İran XİN-in açıqlamasında görüş zamanı avropalı diplomatlarla Fars körfəzi və Hörmüz boğaz...
Dünya
Evin qapısını sındıran da Suriya vətəndaşıdır Almaniyanın “Bild” qəzetinin yaydığı xəbərdə deyilir ki, şənbə gününə keçən gecə Potsdam şəhərindəki binanın 4-cü mərtəbəsindən iki nəfər özünü aşağı atıb. Adları açıqlanmayan şəxslərin hamısı Suriya vətəndaşıdır. Polisin məlumatına görə, 23 yaşlı suriyalı gənc səhər erkən ...
Dünya
PKK lideri Abdulla Öcalan Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Kobani şəhərində kürdlərlə İŞİD yaraqlıları arasında gedən döyüşləri şərh edib. musavat.com-un Türkiyə mediasına istinadən vedriyi xəbərə görə, Öcalan bildirib ki, əgər İŞİD-çilər Kobanini ələ keçirib əhalisini qılıncdan keçirsələr, o zaman Türkiyə höku...
Dünya
İndoneziya və Şərqi Timorda daşqınlar və torpaq sürüşmələri azı 113 nəfərin ölümünə səbəb olub. “Report” xəbər verir ki, bu barədə “Reuters” iki ölkənin səlahiyyətlilərinə istinadən məlumat yayıb. İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinin məlumatına görə, ölkənin cənub hissəsində ö...
Dünya
Türkiyədə Muğla ilinin Menteşe rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər xəsarət alıb. Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir. Qeyd olunub ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
Dünya
Futbol üzrə Türkiyə yığmasının və “Qalatasaray” komandasının keçmiş oyunçusu Hakan Şükür barədə 2 il həbs tələbi ilə məhkəmə iddiası qaldırılıb. ANS PRESS-in məlumatına görə, keçmiş futbolçunun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sosial şəbəkədə təhqir etdiyi iddia olunur. Hazırlanan iddianaməyə görə Hakan Şükür “Twi...
Dünya
Gəncədə 9-cu sinif şagirdi itkin düşüb. Trend-in məlumatına görə, Gəncə şəhər sakini Qafarova İlahə Sabir qızı polisə müraciət edərək bildirib ki, qızı, Gəncə şəhər 17 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Qurbanova Lalə Bəhruz qızı noyabrın 4-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha...
Dünya
Türk Dövlətləri Təşkilatı (TDT) nəznində yaradılan Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcək. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Fövqəladə Zirvəsinin nəticələrinə dair mətbua...
Dünya
Əfqanıstanda administrasiyanı ələ keçirən “Taliban”ın paytaxt Kabil və ölkənin digər şəhərlərindəki bəzi hava limanlarının idarəçiliyini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üzərinə götürməsi ilə bağlı razılığa gəlmək üzrə olduğu iddia edilib. Musavat/com Oxu.Az-a istinadən xəbər verir ki,bu barədə danışıqlarda iştirak ...
Dünya
Rusiya silahlı qüvvələri Kiyevin qərbində yerləşən Jitomir vilayətində silah-sursat anbarını “Kalibr” raketləri ilə məhv edib. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib. “Martın 25-i gün ərzində “Kalibr...
Dünya
İngiltərənin Mançester şəhərindən Portuqaliyanın Madeyra adası istiqamətində uçan təyyarənin pilotu anlıq olaraq huşunu itirib. Musavat.com bu barədə sabah.com.tr-yə istinadən məlumat verir. Məlumata görə, təyyarə yerə çırpılmaq təhlükəsi ilə üzləşib. Belə ki, “Jet2” hava yolları şirkətinə məxsus olan təyyarənin sərniş...
Dünya
ABŞ-ın Miçiqan ştatında 40 avtomobilin toqquşması nəticəsində azı 3 nəfər dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə məlumat "Fox2" telekanalında yer alıb. Telekanalın məlumatına görə, hadisə yerli vaxtla 10:00 –da Livinqston dairəsində baş verib. Belə böyük qəzaya səbəb kimi qar və yolun buz bağlaması gö...
Dünya
ABŞ-ın 50 ən zəngin adamının sərvəti ölkənin bütün əhalisinin var-dövləti qədərdir. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Ən zəngin amerikalıların 1%-nin ümumi sərvəti 34,2 trilyon ABŞ dolları təşkil edir. Eyni zamanda 165 milyon ABŞ sakininin var-dövləti cəmi 2,08 trilyon ABŞ dollarıd...
Dünya
Bu həftənin cümə axşamı günü Səudiyyə Ərəbistanı Ciddə şəhərində ABŞ, Misir, İordaniya, Türkiyə və digər körfəz ölkələrinin rəsmi nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək. Türkiyə mətbuatının yazdığına görə, toplantıda İŞİD-ə qarşı mübarizə planları müzakirə olunacaq. Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi...
Dünya
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə britaniyalı həmkarı Liz Trass arasında görüş olub. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, tərəflər NATO ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı çərçivəsində ikitərəfli müzakirə aparıblar. Onların regional və qlobal məsələlər barədə fikir müb...
Dünya
İrəvan Dövlət Universitetinin rektoru Ovanis Ovannisyan Təbriz Dövlət Universitetinin rektoru Səfər Nəsrullah Zadə ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın qurulması istiqamətində addımlar və qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. İranlı rekt...
Dünya
Bu gün bütün dünyada katoliklər Pasxa bayramını qeyd edir. Qeyd edək ki, hazırda dünyada koronavirus bəlası yaşandığından demək olar ki, əksər ölkələrdə kilsələr bağlanıb. Buna görə də xristianlar bu bayramı evdə qeyd edəcəklər. Məsələn, katolik ölkə olan İtaliyada da koronavirus Pasxa şənliklərinə əngəl törədib. Din x...
Dünya
Argentina prezidenti Xavyer Miley bildirib ki, onun hökumətinin işinin və aparılan islahatların müsbət nəticələri 15 ildən sonra görünəcək. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə “FM Delta” radiostansiyasının efirində bildirib. Onun sözlərinə görə, təkmilləşmələrin üçdə ikisi 15 il ərzində gö...
Dünya
Polşa və Baltikyanı ölkələrin (Estoniya, Latviya və Litva) dövlət başçıları Ukraynaya səfərə yola düşüblər. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Polşa Prezidenti Andjey Duda administrasiyası yayıb. Bildirilib ki, hazırda Polşa Prezidenti Andjey Duda həmkarları Gitanas Nauseda (Litva), Alar Karis (Estoniya) və Eqi...
Dünya
Budapeştdə anadan olmuş Şandor Tariks Olimpiya oyunlarının qızıl medalını 1936-cı ildə su polosu üzrə yarışlarda qazanmışdı.Virtualaz.org Macarıstanın «24» portalına istinadən xəbər verir ki, Berlin Oplimpiadasının şempionu 102 yaşında dünyasını dəyişib. Bu xəbəri Şandor Tariksin qızı verib.1949-cu ildə Tariks ABŞ-a kö...
Dünya
İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın Cəbəllütariq boğazında İranın neft tankerini saxlamasını səhv addım kimi qiymətləndirib. APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, Böyük Britaniyanın bu addımı dünyada sabitliyin pozulmasına gətirib...
Dünya
Əvvəllər siyasi təqiblərlə məşğul olan və hökumətyönlü Teleqram kanallarına nəzarət edən FSB polkovniki Mixail Polyakov Rusiyada saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Polyakov rəhbərliyin razılığı olmadan kremlyönlü Teleqram kanallarında “bizneslə məşğul olduğu üçün”...
Dünya
Türkiyədə iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 540 hərbçi müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb. Trend bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, Türkiyə Hərbi Hava Qüvvələrindən 427 nəfər, Hərbi Dəniz Qvvələrin...
Dünya
Rusiya prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Əhməd Kadırovla görüşüb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov öz Teleqram səhifəsində onların birgə fotosunu paylaşıb. Ramzan Kadırovun böyük oğlu prezidentə respublikada aparılan gənclər s...
Dünya
Rusiya Birbaşa İnvestisiya Fondu ilə Hindistanın Milli Hind İnfrastruktur Fondu 1 milyard dollarlıq investisiya fondunun yaradılması barədə saziş imzalayıb. Axar.az xəbər verir ki, bu haqda məlumatı “Tayms İndiya” yayıb. Verilən məlumata görə, sözügedən fonddakı maliyyə Hindistandakı layihələrin həyata keçirilməsinə xə...
Dünya
Ukraynadan onunla qonşu olan ölkələrə gələn qaçqınların sayı 4 milyonu ötüb. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsindən bildiriblər. İdarənin saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 29-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 milyon 19 min 28...
Dünya
İraqın yeni hökumət başçısı Heydər əl-Abadi bəyan edib ki, onun ölkəsində keçirilmiş həbslərdən sonra bəlli olub ki, İŞİD döyüşçüləri Paris və ABŞ-ın bir sıra şəhərlərinin metro dayanacaqlarında partlayışlar keçirməyi planlaşdırıb. Bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.Hazırda BMT-nin 69-cu sessiyası...
Dünya
Bu gün İraq ordusu Mosulun şimalında yerləşən daha səkkiz kəndi İŞİD terrorçularından təmizləyib.Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, məlumatı Mosulu azad etmək üçün aparılan əməliyyatların komandanlığı da təsdiqləyib.Hərbçilərin məlumatına görə, geniş hərbi əməliyyatda İraq ordusunun 17-ci quru ...
Dünya
Ermənistanda daha 259 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 196-ya yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artar...
Dünya
Tunis hökümətinin bu gün verdiyi məlumata görə, ölkədə etiraz aksiyaları dayandırılıb.Musavat.com xəbər verir ki, qvardiya polkovniki Çibani Xəlifə aksiyalar zamanı 100-dən artıq vətəndaşın həbs edildiyini bildirib.Etirazlar ötən həftənin sonunda Kasserin şəhərində işsiz bir şəxsin özünü öldürməsi ilə başlayıb.Vəziyyət...
Dünya
Bolqarıstanlı jurnalist Boris Anzov Rusiya Xarici işlər nazirliyinin qarşısında, nazirliyin mətbuat sözcüsü Mariya Zaxarovaya evlilik təklifi etdiyi üçün cərimələnib Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Boris Anzov bu təklifini olduqca orijinal tərzdə həyata keçiribmiş. “Xarici İşlər Nazirliyi bina...
Dünya
Hindistanın Uttar-Pradeş ştatında tikiş fabrikində yanğın baş verib.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 10 nəfər həlak olub.
Dünya
Kanadalı müşahidəçilər 3 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. “Report” xəbər verir ki, bu barədə “TASS”ın müxbirinə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kanada seçki müşahidəçilərini ABŞ-a göndərməyəcək. Qeyd edək ki, 3 noyabr tarixində AB...
Dünya
2019-cu ildə Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən çox güvəndiyi və yaxın adamlarında biri olan, “Basim” kod adı ilə tanınan terrorçu İstanbulda yaxalanıb. Musavat.com xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və İstanbul Terrorla Mübarizə Baş İdarəsinin birgə əməliyyat...
Dünya
Vladimir Putin Yevgeni Lukyanovu Rusiyanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib. APA TASS-a istinadən xəbər verir ki, bu barədə Putin fərman imzalayıb. Qeyd edək ki, bu təyinata qədər Yevgeni Lukyanov Rusiyanın Latviyadakı səfiri idi. Xatırladaq ki, Rusiyanın Belarusdakı səfiri vəzifəsi...
Dünya
“Hürriyyət” qəzetinin yazarı, tanınmış jurnalist, heyvan haqları müdafiəçisi Ömür Gedik Türkiyədə edam cəzasının yenidən müzakirə olunmasına münasibət bildirib. Axar.az xəbər verir ki, o, edam cəzasının təkcə çevrilişə cəhd edənlərə deyil, qadınlara təcavüz edənlərə, uşaq və heyvan hüquqlarını tapdayanlara da şamil olu...
Dünya
Avropa Birliyinə namizəd ölkələr Rusiyaya qarşı AB-nin sanksiyalarına qoşuldu. ANS PRESS-in məlumatlna görə, bu barədə AB-nin yaydığı müraciətdə deyilir. Rusiya bankları və şirkətlərinin AB kapitalı bazarına və eləcə də dərinözüllər, arktik və şişt neftinin emalına olan sanksiyalara Çernoqoriya, İslandiya, Albaniya və ...
Dünya
İsveç hökuməti Ukraynaya dəstək məqsədilə əlavə vəsaitin – hərbi texnika və maliyyə yardımının ayrılması haqqında qərar qəbul edib. “Report” TASS-a istinadən xəbər verir ki, Ukraynaya gəmiəleyhinə “Robot 17” yaxınmənzilli raket komplekslərinin, avtomat tüfənglərin və 5 min tankəleyinə qumbaraatanın göndərilməsi nəzərdə...
Dünya
ABŞ Senatı istintaq zamanı işgəncə tətbiq olunması praktikasını qanunla qadağan edib. Avropa.info xəbər verir ki, işgəncələr daha əvvəl Obamanın sərəncamı ilə ləğv edilsə də, senatorlar qərar veriblər ki, bu addımı qanuniləşdirmək lazımdır. Qanun layihəsinin müəlliflərindən biri Con Makkeyn hesab edir ki, işgəncə prakt...
Dünya
İranda ötən sutka ərzində 9 524 nəfər koronavirusa (COVID-19) yoluxub, 241 nəfər ölüb. Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 136 631 nəfərə, yoluxanların sayı isə 7 040 467 nəfərə çatıb. Virus daşıyıcılarından 4 049 nəfər...
Dünya
ABŞ “Əl-Qaidə” liderini itki vermədən necə məhv etdiyini açıqlayıb. İyulun 31-də günəş çıxandan bir saat sonra Ayman əl-Zəvahiri Kabilin mərkəzindəki evin eyvanına çıxıb. ABŞ iki raket zərbəsi ilə 71 yaşlı terrorçunu öldürüb. Əməliyyat uğurlu olmasının səbəblərdən biri də terrorçunun vərdişlərinin öyrənilməsi olub. Həm...
Dünya
Ukraynanın eks-prezidenti Viktor Yanukoviç 45 illik həyat yoldaşı Lyudmila ilə boşanıb. Hazırda Yanukoviç keçmiş aşpazının bacısı ilə birgə yaşayır. Virtualaz.org bildirir ki, bu barədə Almaniyanın “Spiegel” jurnalı yazıb. "O özünün 45 il evli olduğu arvadı ilə boşandı. Hazırda keçmiş aşpazının bacısı ilə yaşayır", - d...
Dünya
Rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədlə KXDR lideri Kim Çen Inın görüşə biləcəyindən narahatdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. KXDR-in "Nodon Sinmun" partiyasının qəzetinin yazdığına görə, Suriya prezidenti Bəşər Əsəd Şimali Koreyaya səfər edə bilər. Qeyd edək k...
Dünya
İrəvan polis rəisi və bir sıra digər vəzifəli şəxslər töhmət alıblar. Trend-in verdiyi xəbərə görə, İrəvanda baş vermiş son hadisələrdən sonra polis məmurlarına töhmət elan edilib. Bildirilir ki, onlar lazımi şəkildə öz xidməti vəzifələrini yerinə yetirməyiblər. Qeyd edək ki, İrəvanda polis və etirazçılar arasında toqq...
Dünya
Rusiyada misli görünməmiş bir çılğınlıq başlanıb. Musavat.com dünya mediasına istinadən xəbər verir ki, bu dəfə də rus qadınlar metrolarda ayaqyalın gəzirlər. Onlar qatarlara ayaqyalın minir və bunu sosial media vasitəsilə paylaşırlar. Əksərən qadınların maraq göstərdiyi bu axının təqibçiləri metro stansiyalarında ayaq...
Dünya
Hindistanın Utter Pradeş ştatında toyda faciə baş verib. “Report” xəbər verir ki, bu barədə “Times of India” məlumat verib. Manqeş Kumar adlı gəncin Surbhi adlı qızla toyu, doğma kəndi Samaspurda baş tutmalı imiş. Adətə uyğun olaraq, bəyin ailəsi gəlinin evinə çatıb və ənənəvi hind toy mərasimi başlayıb. Mərasim zamanı...
Dünya
Dünyanın ən böyük uşaq pornoqrafiyası istehsalı ilə məşğul olan ABŞ və İrlandiya vətəndaşı Erik Marques 27 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq qurumlarının apardığı araşdırma nəticəsində onun idarə etdiyi şirkətin kompüterlərində uşaq pornoqrafiyasına aid 8,5 milyon fraqment aşkarlanıb. Qərar ABŞ məhkəməsi ...
Dünya
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində 5 dinc sakin ölüb. APA-nın məlumatına görə, bu barədə “Əl Cəzirə” telekanalı xəbər verib. Məlumata görə, hədəfdə terrorçuların Əl-Küriyə yaşayış məntəqəsindəki mövqeləri olub. İki gün əvv...
Dünya
Amerikanın Billboard və Variety kimi məşhur jurnallarının yanı sıra, öndə gələn qəzetlərdə də yayımlanan açıqlamada deyilir. “Həmasın İsrailin şəhərlərinə raket atması, insanların girov götürülməsi qəbul ediləbiləcək hal deyil. Xəstəxanalar silah saxlamaq üçün yox, insanları sağaltmaq üçündür. Məktəblər mərmi atmaq üçü...
Dünya
Macarıstan baş nazirinin müşaviri Balaz Orban ölkəsinin Ukraynanın Avropa İttifaqına üzv olmasının tərəfdarı olduğunu bildirib. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, o, hökumətin bunun ən qısa zamanda baş verəcəyinə ümid etdiyini və Aİ-yə üzv dövlətlərin bu prosesi sürətləndirmək ...
Dünya
Mərakeş hakimiyyəti Çin Xalq Respublikasından gələn və vətəndaşlığından asılı olmayaraq bütün səyahətçilərin ölkə ərazisinə girişini qadağan edib. Bu barədə “Report” Mərakeş Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Qeyd olunub ki, buna səbəb ölkəni COVID-19 infeksiyasının yeni dalğasından qorumaqdır. Nazirlik qa...
Dünya
"Avropa İttifaqı Rusiyada baş verənləri diqqətlə izləyir". “Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tviterdə yazıb. Onun sözlərinə görə, Rusiyada baş verənlər bu ölkənin daxili işidir: “Ukraynaya dəstəyimiz sarsılmazdır”. Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevge...
Dünya
İraqın seçki komissiyası şənbə günü İraq Müharibəsi dövrü ABŞ qoşunlarına qarşı döyüşmüş, populist şiə dini xadim Müqtədə Əl-Sədrin rəhbərlik etdiyi alyansın ölkə parlament seçkilərində ən çox yer qazanan siyasi qüvvə olduğunu elan edib. Əl-Sədrin “İslahatlara Doğru Yürüş” blokunun İraq kommunistləri ilə alyansı parlam...
Dünya
İspaniyanın Barselona şəhərində Avropa ölkələri tərəfindən qaçqınların qəbul olunmasına dəstək nümayiş etdirən mitinq keçirilib. Təşkilatçıların bildirdiyinə görə, aksiyada 300 min insan iştirak edib. Bu, Avropada ən böyük mitinq hesab olunur. Axar.az xəbər verir ki, aksiyanın keçirilməsinin təşəbbüskarı “Casa nostra, ...
Dünya
ABŞ-ın Florida ştatının yol polisi əməkdaşları 200 kilo çəkisi olan sərnişinin qarın qatları arasında 23 qram marixuana aşkarlayıb. Lenta.ru saytının xəbərinə görə, yoxlamaya sürücünün təhlükəsizlik kəmərini bağlamaması səbəb olub. Yol polisləri ancaq yol hərəkəti qaydalarını pozan sürücünü cəzalandırmağı planlaşdırırm...
Dünya
“Röyters” xəbər agentliyinin Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin bu ilin iyul ayında deyil, 2020-ci ildə təhvil verilməsi ilə bağlı xəbərinə rəsmi Ankaradan cavab gəlib. Publika.az xəbər verir ki, elə agentliyə açıqlama verən ali səlahiyyətli türk nümayəndəsi S-400-lərin iyul ayında Türkiyəyə təd...
Dünya
"Bu həftə ərzində ölkəmizin Silahlı Qüvvələri və kəşfiyyatı Rusiya ordusunun maddi-texniki bazasının, işğalçıların arxa dayaqlarının məhv edilməsində güclü nəticələr əldə edib". Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi gecə müraciətində məlumat verib. O qeyd ...
Dünya
Şotlandiya, Uels, İngiltərə və Şimali İrlandiyaya daha geniş səlahiyyətlər veriləcək. APA - nın İTAR – TASS - a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya baş naziri Devid Kemeron Şotlandiyada keçirilən referendumun nəticələrini şərh edərkən deyib. O qeyd edib ki, səlahiyyətlərin genişləndirilməsi barədə qər...
Dünya
Qərbi Afrika ölkəsi olan Burkina Fasoda terror aktları davam edir. Musavat.com xəbər verir ki, Burkina Fasonun Mali ilə sərhədində yerləşən Sahel bölgəsindəki Oudalan vilayətində ötən cümə günü əsgərlər terrorçular tərəfindən pusquya salınıb. Bu barədə ordu açıqlama yayıb. Açıqlamada bildirilib ki, əsgərlərin terrorçul...
Dünya
Beynəlxalq Valyuta Fondu (IMF) Avropa İttifaqının (Aİ) büdcə qaydalarını yeniləməli və yüksək borcu olan ölkələrin büdcə kəsirlərini bir neçə ilə qədər azaltmalı olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, IMF-nın yaydığı hesabatda Aİ-nin mövcud fiskal qaydalarının büdcə kəsirlərinin məhdudlaşdırılmasına müəyyən təsir g...
Dünya
Polşada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 500 nəfəri ötüb. “Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, Polşada qeydə alınan yoluxma hallarının sayı 11 mini ötüb. Belə ki, son bir gündə virusdan ölənlərin sayı daha 25 nəfər artaraq 524-ə ça...
Dünya
Tennessi ştatında kilsəyə hücum nəticəsində 7 nəfər yaralanıb. Onlardan 6-sı güllə yarası alıb. 7-si isə taparcanın tutacağı ilə vurulub. 1 qadın kilsənin həyətində öldürülüb. Hücumçu 1996-cı ildə Amerikaya Sudandan mühacirət edən 25 yaşlı Emanuel Kideqa Samsondur. Polis qanuni yaşayış statusuna malik olan Samsonun kil...
Dünya
Moldova parlamenti enerji böhranı səbəbindən ötən ilin sonundan qüvvədə olan fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb. "Report" xəbər verir ki, belə bir qərar qanunverici orqanın mətbuat xidmətinin yayımladığı iclasda qəbul edilib. Qərara əsasən, fövqəladə vəziyyət rejimi 2022-ci il dekabrın 6-dan 60 gün müddə...
Dünya
Rusiya haker hücumları vasitəsilə Bolqarıstanın daxili siyasi vəziyyətinə təsir etməyə və Avropa ölkələrini parçalamağa çalışır. Trend-in məlumatına görə, bu barədə Bolqarıstan prezidenti Rosen Plevneliyev BBC-yə müsahibəsində deyib. R.Plevneliyev qeyd edib ki, Rusiya bu gün Avropanı zəiflətmək, parçalamaq və Avropa öl...
Dünya
Döyüş əməliyyatları sahəsində məhkumların cəza çəkməsini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi Rusiyanın Dövlət Dumasına təqdim edilib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Rusiya qoşunlarının canlı qüvvə, silah və...
Dünya
Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı yatıb. Oxu.Az xəbər verir ki, video “YouTube” istifadəçiləri tərəfindən yayımlanıb. Videodan aydın olur ki, VI Məhəmməd ABŞ-ın birinci xanımı Melaniya Trampın yan...
Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı artıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Fahreddin Koca daha üç nəfərdə koronavirus aşkarlandığını bildirib. Bununla da Türkiyədə koronavirus daşıyıcılarının sayı 5-ə çatıb. Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə kor...
Dünya
ABŞ şirkəti Türkiyədə neft axtaracaq. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin “Resmi Gazete”də yaydığı məlumatda deyilir. Bildirilir ki, mərkəzi ofisi ABŞ-da yerləşən “Aladdin Middle East Ltd.” şirkətinin Türkiyənin Siirt vilayətində neft axtarışına dai...
Dünya
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
Downloads last month
2